Press "Enter" to skip to content

MN ilə RİNN arasında əməkdaşlıq məsələlərinin müzakirəsi

MN ilə RİNN arasında əməkdaşlıq məsələlərinin müzakirəsi

BAYRAQDAR MEDİA – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Müdafiə Nazirliyi (MN) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nümayəndələrinin görüşü keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə hər iki qurum arasında rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində görülən işlər, həmçinin bu istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ölkədə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də peşəkar kadr hazırlığının əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş dövlət siyasətinə, o cümlədən “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə xidmət edir”.

Daha sonra xəbərdə, “bildirilib ki, cari ilin iyun ayında Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında da Fəaliyyət Planının icrası ilə bağlı görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet vəzifələr geniş müzakirə olunub. Bu baxımdan dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində institusional əməkdaşlığının gücləndirilməsi və insan kapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Görüşdə qeyd edilib ki, İRİA-nın tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən MN-in əməkdaşları üçün mütəmadi olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrini əhatə edən peşəkar kurslar və təlimlərin təşkil edilir. Həyata keçirilən bu tədbirlərin hərbi qulluqçuların informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində peşəkarlığının artırılmasına, müasir kibertəhdidlərə qarşı bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də dövlət qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.