BAYRAQDAR MEDİA – İyulun 8-də gənclər və idman naziri Fərid Qayıbov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Murad Əl Bluşini qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş zamanı Azərbaycan ilə BƏƏ arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva və nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova da iştirak ediblər”.






İlk şərhi yaza bilərsiniz