Press "Enter" to skip to content

ÇOMÜ nüfuzlu beynəlxalq şəbəkənin üzvü olub

BAYRAQDAR MEDİA – Çanakkale On Səkkiz Mart Universiteti (ÇOMÜ) EU Science Diplomacy Alliance təşkilatına Global Networking Partner statusunda rəsmi üzv qəbul edilib. Bununla da ÇOMÜ bu nüfuzlu beynəlxalq şəbəkəyə qoşulan Türkiyənin ikinci universiteti olub.

Universitet rəhbərliyi bu hadisəni ali məktəbin beynəlmiləlləşmə strategiyası və elm diplomatiyası sahəsində həyata keçirdiyi fəaliyyətlərin mühüm uğuru kimi qiymətləndirib. Bildirilib ki, yeni üzvlük ÇOMÜ-yə beynəlxalq elmi əməkdaşlıqları genişləndirmək, ortaq tədqiqat layihələri həyata keçirmək və elm diplomatiyasına daha fəal töhfə vermək imkanı yaradacaq. Universitet rəhbərliyi onları bu nüfuzlu beynəlxalq şəbəkəyə qəbul etdiyinə görə EU Science Diplomacy Alliance-a təşəkkürünü bildirib.

Məlumata görə, təşkilat çərçivəsində universiteti əlaqələndirici nümayəndələr qismində doktor müəllim Tuğçe Yıldız Üzelgün və dosent Erdal Eroğlu təmsil edəcəklər. ÇOMÜ rəhbərliyi yaxın gələcəkdə yeni beynəlxalq tərəfdaşlıqların qurulacağına və elmi əməkdaşlığın daha da genişlənəcəyinə inandığını ifadə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.