Press "Enter" to skip to content

80-dən çox vakansiya təqdim edildi

Yarmarka zamanı

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirib.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, aktiv məşğulluq tədbirində dövlət və özəl sektora aid 18 müəssisə tərəfindən hüquqşünas, mühəndis, mexanik, elektrik qaz qaynaqçısı, çilingər-santexnik, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, informasiya texnologiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim edilib.

Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

İştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.