Press "Enter" to skip to content

Gürcüstanla akademik əməkdaşlığı genişləndirilir

Kafkas Universiteti

BAYRAQDAR MEDİA – Kafkas Universitetinin rektoru professor Hüsnü Kapunun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Samtsxe-Cavaxeti Dövlət Universitetinə rəsmi səfər edib. Səfərin məqsədi iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Universitetin məlumatına əsasən, görüşlər zamanı tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, birgə elmi tədqiqat layihələrinin hazırlanması və beynəlxalq qrant proqramlarından birgə istifadə imkanları müzakirə edilib. Tərəflər, həmçinin baytarlıq təhsili sahəsində əməkdaşlığın gücləndirilməsi, klinik təcrübə imkanlarının artırılması və ortaq elmi layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Bildirilib ki, əməkdaşlıq yalnız baytarlıq və səhiyyə elmləri ilə məhdudlaşmayacaq, sosial və humanitar elmləri də əhatə edəcək. Bu çərçivədə tarix və filologiya sahələrində beynəlxalq elmi tədbirin keçirilməsi planlaşdırılır.

Səfər zamanı nümayəndə heyəti Abastumani Astrofizika Rəsədxanasını da ziyarət edərək burada aparılan elmi araşdırmalarla tanış olub. Tərəflər hesab edirlər ki, həyata keçirilən təmaslar təhsil, elm, mədəniyyət və beynəlmiləlləşmə istiqamətlərində yeni layihələrin reallaşdırılmasına mühüm töhfə verəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.