Press "Enter" to skip to content

“Əmək bazarı” işçi qrupunun növbəti iclası olub

BAYRAQDAR MEDİA – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev və işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda İşçi qrupun Fəaliyyət Planına daxil olan İqtisadi Azadlıq İndeksi və Qlobal İstedad Rəqabətliliyi İndeksinin yekun nəşrlərinə dair təqdimatlar edilib. Həmin indekslər üzrə əmək bazarı ilə bağlı indikatorlar və ölkəmizin göstəriciləri barədə məlumat verilib.

Görüşdə əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması və məşğulluq imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.