BAYRAQDAR MEDİA – Azərbaycan və Serbiyanın müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Bakıda hər iki ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət, müasir çağırışlar və təhdidlər, kritik informasiya infrastrukturunun mühafizəsi, kiberinsidentlərə qarşı mübarizə, təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və birgə təlimlərin təşkili istiqamətində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb”.
Sonra xəbərdə, “tərəflər kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar” deyə qeyd olunur.






İlk şərhi yaza bilərsiniz