Press "Enter" to skip to content

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq

Kembric Universiteti

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) rektorunun rəqəmsallaşma və innovasiyalar üzrə müşaviri Güman Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kembric Universiteti tərəfindən təşkil olunacaq tədqiqat səfərində iştirak edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “15 iyul – 15 avqust tarixlərini əhatə edəcək səfərin əsas məqsədi dünya səviyyəli elmi-tədqiqat müəssisəsində elmi araşdırmaların təşkili və idarə edilməsi sahəsində təcrübə qazanmaq, struktur biologiyasının aktual hesablama məsələləri üzərində birbaşa iş aparmaqdır”.

Sonra xəbərdə, “səfər çərçivəsində aşağı ayırdetmə qabiliyyətinə malik krio-elektron mikroskopiya (krio-EM) xəritələrinə atom struktur modellərinin uyğunlaşdırılması problemi tədqiq olunacaq. Tədqiqatın nəticəsində idarəetmə təcrübəsinin əldə edilməsi və hesablama metodlarının praktiki proqram təminatına çevrilməsi nəzərdə tutulur” deyə vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.