BAYRAQDAR MEDİA – Ardahanın Göle rayonunda bu il 25-ci dəfə keçiriləcək Milli Mədəniyyət və Kaşar Festivalına hazırlıq işləri davam edir. Göle bələdiyyəsinin təşkil etdiyi festival iyulun 24–26-da keçiriləcək.
Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, üç gün davam edəcək tədbir çərçivəsində konsert proqramları, müxtəlif mədəni tədbirlər və yerli ənənələri əks etdirən proqramlar təşkil olunacaq.
Göle bələdiyyəsinin sədri Gökhan Budak bütün rayon sakinlərini və qonaqları festivala dəvət edib. O bildirib ki, bu il də festivalda dəyərli sənətçilər çıxış edəcək, bölgənin zəngin mədəniyyəti və adət-ənənələri birlikdə yaşadılacaq. Bələdiyyə sədri festivalın rayonun mədəni irsinin tanıdılmasına mühüm töhfə verdiyini vurğulayıb.






İlk şərhi yaza bilərsiniz