Press "Enter" to skip to content

Müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Görüş zamanı

BAYRAQDAR MEDİA – İyulun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliyanın Müdafiə Nazirliyinin milli silahlanma direktoru admiral Giacinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə general-polkovnik Z.Həsənov ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan müdafiə sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan-İtaliya əlaqələrinin bir çox sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən admiral G.Ottaviani qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın hər iki dövlətin müdafiə qüdrətinin yüksəldilməsinə töhfə verəcəyindən əminliyini ifadə edib.

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.