BAYRAQDAR MEDİA – 1 iyul 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55.711 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 4.4 faiz artıb.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 1.911 olub. 2026-cı ilin yanvar-iyun aylarında kommersiya qurumlarının 86,7 faizi elektron, 13,3 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.






İlk şərhi yaza bilərsiniz