BAYRAQDAR MEDİA – Manisa Celal Bayar Universitetinin Mühəndislik və Təbiət Elmləri Fakültəsinin Biologiya Bölümü FEDEK (Elm, Ədəbiyyat, Elm-Ədəbiyyat, Dil və Tarix-Coğrafiya fakültələrinin Akkreditasiya Dərnəyi) tərəfindən həyata keçirilən qiymətləndirmə prosesini uğurla başa vuraraq akkreditasiya sertifikatı almaq hüququ qazanıb. Bununla da bölüm təqdim etdiyi təhsilin keyfiyyətini milli standartlara uyğun olduğunu bir daha təsdiqləyib.
Universitetin məlumatına əsasən, akkreditasiya tələbələrin daha yüksək keyfiyyətli akademik mühitdə təhsil almalarına imkan yaradacaq, eyni zamanda bölümün institusional inkişafına mühüm töhfə verəcək. Universitetin rektoru professor Rana Kibar bu uğurun ali məktəbin keyfiyyət yönümlü təhsil siyasətinin nəticəsi olduğunu bildirib. O qeyd edib ki, Biologiya Bölümünün FEDEK akkreditasiyası qazanması universitetin təhsildə keyfiyyət, institusional inkişaf və davamlı uğur hədəfləri baxımından böyük əhəmiyyət daşıyır.
Rektor bu prosesdə əməyi olan akademik və inzibati heyəti təbrik edib. Manisa Cəlal Bayar Universitetinin gələcəkdə də keyfiyyət təminatı, akkreditasiya və davamlı inkişaf istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəyi vurğulanıb.






İlk şərhi yaza bilərsiniz