Press "Enter" to skip to content

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Azərbaycana gətirilən 30 ukraynalı uşaq Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “onların hər biri üçün fərdi reabilitasiya proqramı hazırlanıb və fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələlərinə cəlb olunurlar. Uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. xidmətlərdən də yararlanırlar. Həmçinin onlar üçün Şəki Yaylasına və Şamaxıda yerləşən Alpaka fermasına ekskursiyalar təşkil olunub. 10 günlük reabilitasiya proqramı uşaqların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.