Press "Enter" to skip to content

Xalq şairinin yubileyinə yeni tamaşa

Xalq şairinin yubileyinə yeni tamaşa

BAYRAQDAR MEDİA – Sumqayıt Dövlət Dram Teatrında Xalq şairi, “Şöhrət” və “Şərəf” ordenli görkəmli ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibəti ilə dövlət sifarişi əsasında yazıçının “Sürgün sevgi” əsəri əsasında eyniadlı iki hissəli milli faciə janrında yeni tamaşa hazırlanır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “səhnə əsərinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşev, plastik hərəkətlər və rəqslər üzrə quruluşçu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir. “Sürgün sevgi” XX əsrin müxtəlif tarixi mərhələlərində Azərbaycan xalqının üzləşdiyi ağır sınaqlardan bəhs edir. Tamaşada 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə hökm sürən ictimai-siyasi gərginlik, xaos, vətəndaş qarşıdurması və həmin dövrün ağır ictimai reallıqları bədii müstəvidə əks olunur. Səhnə əsərində, eyni zamanda, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlətçiliyin qorunması istiqamətində atdığı addımlar, eləcə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan və çətin dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti bədii şəkildə təqdim edilir”.

Ardınca xəbərdə, “tamaşada Xalq artisti Valeh Kərimov, əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Cəlal Məmmədov, Elmira Kərimova, Fəranə Musayeva, İlahə Səfərova, Vidadi Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Vəfa Qurbanova, Rövşən Əsgərov, Elay Xasıyev, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Cavanşir Eyyubzadə, Şəms Abdullayeva, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Şəhla Məmmədova, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş MahmudovKamran Muradlı müxtəlif obrazları canlandırırlar. Səhnə əsərinin növbəti teatr mövsümündə Sumqayıt Teatrının səhnəsində teatrsevərlərə təqdim olunması planlaşdırılır” deyə vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.