BAYRAQDAR MEDİA – Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev səlahiyyət müddətinin başa çatması münasibətilə Iğdır Universitetinin rektoru professor Ekrem Gürəli ziyarət edib. Görüş zamanı baş konsul universitetlə qurulan səmimi münasibətlərdən və birgə həyata keçirilən layihələrdən məmnunluğunu ifadə edib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektor Ekrem Gürel isə Zamin Əliyevə universitetə göstərdiyi dəstəyə və Azərbaycan-Türkiyə arasında akademik-mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib. O, baş konsula gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş qarşılıqlı xoş arzular və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz