BAYRAQDAR MEDİA – Eskişehirin Mihalıççık rayonunda keçirilməsi planlaşdırılan 46-cı Ənənəvi Mihalıççıklılar Günü və Albalı Festivalı təxirə salınıb.
Bu barədə Mihalıççık Bələdiyyəsinə istinadən eskisehir.net saytı məlumat yayıb.
Bələdiyyənin məlumatında bildirilib ki, festival əvvəlcədən nəzərdə tutulan tarixdə baş tutmayacaq. Tədbirin hansı tarixdə keçiriləcəyi barədə məlumatın daha sonra açıqlanacağı qeyd olunub. Yeni tarix və digər təfərrüatlar bələdiyyənin rəsmi informasiya kanalları vasitəsilə ictimaiyyətə çatdırılacaq.






İlk şərhi yaza bilərsiniz