BAYRAQDAR MEDİA – Qırğızıstanın İstanbuldakı baş konsulu Çıngız Toktobekov rəhbərlik etdiyi nümayəndə heyəti ilə İstanbul Universitetinin rektoru professor Osman Bülent Zülfikarı ziyarət edib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, görüşdə Türkiyə ilə Qırğızıstan arasında ali təhsil və səhiyyə sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tərəflər ortaq elmi layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin artırılması, elmi tədqiqatların birgə aparılması və universitetlərarası əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Toplantıda universitetin beynəlmiləlləşmə strategiyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq imkanları da dəyərləndirilib. Eyni zamanda Qırğızıstanın ali təhsil müəssisələri ilə mövcud əlaqələrin inkişaf etdirilməsi istiqamətində yeni təşəbbüslər nəzərdən keçirilib.
Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz