Press "Enter" to skip to content

BDU-nun müəllimi Nyu-York Universitetində tədqiqatlar aparacaq

BDU-nun müəllimi Nyu-York Universitetində tədqiqatlar aparacaq

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Zərifə Nəzirli ABŞ Dövlət Departamenti və Beynəlxalq Təhsil İnstitutunun birgə həyata keçirdiyi “Fulbright” Proqramının 2026-cı il üçün qalibi olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Proqram çərçivəsində Z.Nəzirli 2026-cı il 17 avqust – 2027-ci il 5 yanvar tarixlərində ABŞ-nin Nyu-York Universitetinin Qlobal Əlaqələr Mərkəzində beynəlxalq təhlükəsizlik və qlobal məsələlər istiqamətində elmi tədqiqatlar aparmaq, eləcə də qabaqcıl akademik təcrübə əldə etmək imkanı qazanıb. Dəvət məktubuna əsasən proqram müddətində Z.Nəzirli Qlobal Əlaqələr Mərkəzində beynəlxalq təhlükəsizlik və qlobal məsələlər sahəsində tanınmış alimlər Vaheguru Pal Singh SidhuThomas Hillin elmi rəhbərliyi altında tədqiqat fəaliyyətini həyata keçirəcək”.

Bununla yanaşı, proqram çərçivəsində Nyu-York Universitetinin kitabxana və digər akademik resurslarından istifadə etmək, elmi konfrans və seminarlarda iştirak etmək, həmçinin müvafiq ixtisas fənləri üzrə dərslərə dinləyici qismində qatılmaq imkanı əldə edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.