BAYRAQDAR MEDİA – Elazığın Baskil rayonunda uzunluğu təxminən 50–60 santimetr olan fərqli görünüşlü ilan sakinlərin diqqətini cəlb edib. Açıq ərazidə görünən ilan ətrafdakı insanlar tərəfindən maraqla izlənilib və mobil telefonlarla görüntülənib.
Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.
Məlumata görə, bir müddət sonra ilan təbii yaşayış mühitinə doğru uzaqlaşıb və heç bir xoşagəlməz hadisə baş verməyib. Mütəxəssislər vətəndaşlara ilanlara yaxınlaşmamağı və onları tutmağa cəhd göstərməməyi tövsiyə ediblər.
Bildirilib ki, ilanın növü yalnız mütəxəssis araşdırmasından sonra dəqiq müəyyən edilə bilər.






İlk şərhi yaza bilərsiniz