BAYRAQDAR MEDİA – Kayseridə yerləşən, 1497-ci ildə inşa olunmuş beş əsrlik Bedestendə aparılan bərpa işləri tamamlanıb.
Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Məmduh Büyükkılıç tarixi tikilidə aparılan işlərlə yerində tanış olub.
Bildirilib ki, bərpa layihəsi Vakıflar Regional İdarəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Şəhər rəhbərliyi tarixi binanın gələcəkdə xalça muzeyi və turizm mərkəzi kimi fəaliyyət göstərməsini planlaşdırır.
Qeyd olunub ki, bu layihə Kayserinin tarixi-mədəni irsinin qorunmasına və bölgənin turizm potensialının artırılmasına töhfə verəcək. Büyükkılıç daha sonra ərazidə fəaliyyət göstərən sahibkarlarla görüşərək onların təklif və problemlərini dinləyib.






İlk şərhi yaza bilərsiniz