Press "Enter" to skip to content

ARUCAD 2025–2026-cı tədris ili məzunlarını yola salıb

Mərasim zamanı

BAYRAQDAR MEDİA – Arkın Yaradıcılıq Sənətləri və Dizayn Universiteti (ARUCAD) 2025–2026-cı tədris ili üzrə məzuniyyət mərasimini keçirib. Tədbirdə incəsənət, dizayn, kommunikasiya, musiqi və səhnə sənətləri ixtisasları üzrə təhsilini başa vuran 150 tələbəyə diplom təqdim olunub.

Universitetdən verilən məlumata görə, mərasimdə universitet rəhbərliyi, müəllimlər, tələbələrin ailə üzvləri və qonaqlar iştirak ediblər. Çıxış edən rektor professor Asım Vəhbinin sözlərinə görə, universitet yalnız bugünün deyil, gələcəyin tələblərinə cavab verən mütəxəssislər yetişdirməyi qarşısına məqsəd qoyub.

Tədbirdə universitetin beynəlxalq reytinqlərdə qazandığı uğurlar və akkreditasiyalar da diqqətə çatdırılıb.

Diplomların təqdim edilməsindən sonra məzunlar ənənəvi şəkildə kep ataraq universitet həyatı ilə vidalaşıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.