Press "Enter" to skip to content

15 İyul ruhu sənət sərgisi ilə yaşadılacaq

BAYRAQDAR MEDİA – Kayseri Böyükşəhər Bələdiyyəsinin KAYMEK qurumu 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə xüsusi sərgi təşkil edəcək. Sərgi 15–19 iyul tarixlərində Recep Tayyip Erdoğan Millət Bağındakı Böyükşəhər Sənət Qalereyasında ziyarətçilərin ixtiyarına veriləcək.

Bu barədə erciyeshaber.com saytı məlumat yayıb.

Məlumata görə, ekspozisiyada demokratiya, milli iradə, vətən sevgisi, birlik və həmrəylik mövzularını əks etdirən bədii əsərlər nümayiş olunacaq: “KAYMEK-in müəllimləri tərəfindən hazırlanan relyef yazılar və əl işi tablolar sərginin əsas eksponatları olacaq. Layihənin məqsədi 15 İyul hadisələrinin xatirəsini sənət vasitəsilə yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır”.

Sərginin açılışı 15 iyul saat 11:00-da keçiriləcək və iyulun 19-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.