BAYRAQDAR MEDİA – Ağrı dağının ətəklərində baharın gəlişi ilə leylək yuvaları bu il də balalarla dolub. Yerli sakinlərin “Hacı leylək” adlandırdığı quşlar kəndlərdə təbiətə xüsusi canlılıq qatır. Xüsusilə Ağrı Dağı Milli Parkı ətrafında, Iğdırın Aralık və Qarakoyunlu rayonları yaxınlığındakı Karasu bataqlıq ərazilərində çoxlu leylək yuvaları müşahidə olunur.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, yuvaların əksəriyyətində 3-4 bala leyləyin olduğu, valideyn quşların isə gün ərzində onlara yem daşıdığı bildirilib: “Yerli əhali leyləklərin kəndlərin rəmzinə çevrildiyini və onların yuva saldığı dirək və damları qoruduqlarını qeyd edir. Mütəxəssislər bataqlıq və su-bataqlıq ərazilərinin həm leyləklərin çoxalması, həm də bioloji müxtəlifliyin qorunması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayırlar”.
Yaxın həftələrdə bala leyləklərin ilk uçuş cəhdlərinə başlaması gözlənilir.






İlk şərhi yaza bilərsiniz