Press "Enter" to skip to content

BDYPİ-dən xəbərdarlıq: sükan arxasında ayıq-sayıq olmaq mühüm şərtdir!

BDYPİ-dən xəbərdarlıq: sükan arxasında ayıq-sayıq olmaq mühüm şərtdir!

BAYRAQDAR MEDİA – Xaçmaz rayon sakini Hüseyn Məmmədovun idarə etdiyi VAZ markalı avtomobil Xaçmaz-Xudat yolunda, Qudyalçay çayı üzərindən keçən körpüdən çaya aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə bildirilir ki, “ilkin araşdırmalara görə hadisənin baş verməsinə səbəb sürücünün yorğun-yuxusuz halda sükan arxasında əyləşməsi ehtimal olunur. BDYPİ qeyd olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladıb və sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırıb”.

BDYPİ sürücülərə bir daha sükan arxasında ayıq-sayıq olmağın mühüm şərt olduğunu vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.