Press "Enter" to skip to content

SXM benefisiarları üçün növbəti motivasiya görüşü

SXM benefisiarları üçün növbəti motivasiya görüşü

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində (SXM) “Motivasiya görüşləri” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Görüşün budəfəki qonağı loqoped Aynur Musayeva olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “eşitmə məhdudiyyətli övladı olan A.Musayeva övladı ilə birlikdə keçdiyi həyat yolundan, qazandığı təcrübələrdən, qarşılaşdığı çətinliklərdən və valideynlik bacarıqlarının formalaşmasına müsbət təsir göstərən amillərdən danışıb. O, övladı Fuad Musayevin Prezident təqaüdçüsü kimi əldə etdiyi uğurlardan, xalçaçı-rəssam kimi yerli və beynəlxalq sərgilərdə Azərbaycanı təmsil etməsindən, həmçinin qazandığı nailiyyətlərdən bəhs edib. A.Musayeva vurğulayıb ki, bu uğurlar ailənin övladına olan inamının, davamlı dəstəyinin və məqsədyönlü fəaliyyətinin nəticəsidir”.

Ardınca xəbərdə, “qonaq övladların potensialına inanmağın, onların inkişaf prosesində fəal iştirak etməyin və gələcəyə daha inamla yanaşmağın vacibliyindən danışıb. Qeyd edək ki, layihə çərçivəsində keçirilən görüşlər valideynlər arasında qarşılıqlı dəstək mühitinin formalaşmasına, müsbət təcrübələrin paylaşılmasına, eləcə də onların psixososial rifahının gücləndirilməsinə xidmət edir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.