Murat Akkoçu Sefa Burak Bozyel əvəz edəcək
BAYRAQDAR MEDİA – TRT-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri bəlli olub. Belə ki, Iğdırlı Sefa Burak Bozyel TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunub. O, həmin fəzifədə Murat Akkoçu əvəz edəcək.
Iğdırlı mərhum Oruç Bozyelin oğlu Sefa Burak Bozyel bu vaxta qədər TRT Xəbər Kanalının koordinator müavini vəzifəsində çalışıb.
Bu barədə yesiligdir.com məlumat yayıb.
Məlumatda deyilir ki, TRT-də uzun illər müxtəlif məsul vəzifələrdə çalışan və peşəkar fəaliyyəti ilə mühüm uğurlara imza atan Bozyel bundan sonra fəaliyyətini yeni iş yeri olan TRT-nin Azərbaycan nümayəndəliyində davam etdirəcək: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu il dördüncü dəfə təşkil olunan Şuşa Qlobal Media Forumunun keçirildiyi Şuşa şəhərində qəzetimizin baş redaktoru Cabbar Şıktaş və qəzetimizin müəlliflərindən Serdar Ünsal TRT-nin Azərbaycan nümayəndəsi Sefa Burak Bozyel ilə görüşüblər. Səmimi şəraitdə keçirilən görüşdə tərəflər xoş söhbət ediblər”.
TRT-nin Azərbaycan nümayəndəsi Sefa Burak Bozyelə yeni vəzifəsində uğurlar arzulayırıq.






İlk şərhi yaza bilərsiniz