Press "Enter" to skip to content

“Açıq qapı” günü

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – İyulun 18-də saat 11:00-da Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecində “Açıq qapı” günü keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, xaricdə hərbi təhsil almaq istəyən yüksəknəticəli abituriyentlərə və onların valideynlərinə qəbul qaydaları, seçim mərhələləri və kursantlar üçün yaradılan şərait barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, MMU-nun beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində kursantlar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsil almaq imkanı əldə edirlər.

Maraqlananlar əlavə məlumat üçün universitetin Çağrı Mərkəzinə (*0811) və yaxud elektron-poçt ünvanına (admission@mmu.edu.az) iş günlərini nəzərə almaqla, saat 09:00-dan 17:30-dək müraciət edə bilərlər.
İştirak üçün bu keçid vasitəsilə qeydiyyatdan keçmək tələb olunur:

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.