Press "Enter" to skip to content

Nazir OPEC-in Baş katibi ilə görüşüb

Nazir OPEC-in Baş katibi ilə görüşüb

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Əməkdaşlıq Xartiyası (CoC) üzrə Texniki Komitənin ilk iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə OPEC+ çərçivəsində həyata keçirilən əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib, Əməkdaşlıq Xartiyasının bu uğurlu tərəfdaşlığın daha da genişləndirilməsi üçün mühüm platforma olduğu vurğulanıb. Baş katib Azərbaycanın OPEC+ çərçivəsində etibarlı və konstruktiv tərəfdaş kimi rolunu yüksək qiymətləndirərək Prezident İlham Əliyevin bu əməkdaşlığa göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib. O, Bakıda keçirilən ilk texniki iclasın Əməkdaşlıq Xartiyası çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib”.

Ardınca xəbərdə, “P.Şahbazov Azərbaycanın bərpa olunan enerji sahəsində əldə etdiyi mühüm nailiyyətlərdə OPEC+ platformasının yaratdığı dialoq və əməkdaşlıq imkanlarının xüsusi rol oynadığını bildirib. Qeyd olunub ki, nazirlər arasında müntəzəm təmaslar və qarşılıqlı etimad mühiti Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə tərəfdaşlıqlarının genişlənməsinə, o cümlədən iri həcmli bərpa olunan enerji layihələrinin reallaşdırılmasına mühüm töhfə verib. Görüşdə OPEC+ əməkdaşlığının gələcək inkişaf perspektivləri, üzv ölkələr arasında tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi və Əməkdaşlıq Xartiyasının potensialının daha səmərəli reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.