Press "Enter" to skip to content

Turizm əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub

Görüşdən foto

BAYRAQDAR MEDİA – İyulun 15-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Papakonstantinu arasında görüş keçirilib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tərəflər arasında qarşılıqlı turist axınının dinamikasını artırmaq üçün nəqliyyat baxımından əlçatanlığın artırılmasının vacibliyi haqqında fikir mübadiləsi aparılıb. Həmçinin cari olaraq Bakıdan Yunanıstanın Krit adasına çarter reyslərinin uğurla həyata keçirildiyi vurğulanaraq, gələcəkdə iki ölkə arasında birbaşa və müntəzəm uçuşların bərpa edilməsinin turizm əlaqələrinin genişlənməsinə töhfə verəcəyi bildirilib.

Görüşün yekununda Azərbaycan və Yunanıstanın turizm potensialının qarşılıqlı olaraq tanıdılması məqsədilə ikitərəfli tanıtım və təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.