Press "Enter" to skip to content

AQTA sədri quşçuluq müəssisəsinin fəaliyyəti ilə tanış olub

AQTA sədri quşçuluq müəssisəsinin fəaliyyəti ilə tanış olub

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Zirə qəsəbəsində fəaliyyət göstərən “Xəmsə-M” MMC quşçuluq müəssisəsində olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “müəssisədə baytarlıq nəzarətinin təşkili, biotəhlükəsizlik tədbirlərinin tətbiqi, istehsal prosesinin müxtəlif mərhələləri, izləmə sistemi, həmçinin məhsulların qida təhlükəsizliyi tələblərinə uyğunluğu istiqamətində görülən işlərlə tanışlıq olub. AQTA sədri qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində normativ tələblərə əməl edilməsinin vacibliyini vurğulayaraq, ixracın şaxələndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb”.

Müəssisə rəhbərliyi tərəfindən quşçuluq sektorunda mövcud vəziyyət, istehsal gücü, tətbiq olunan texnologiyalar, həyata keçirilən tədbirlər və gələcək inkişaf planları barədə məlumat verilib, məhsullar barədə təqdimat keçirilib. Bununla yanaşı, sahə üzrə kadr potensialının gücləndirilməsi və quşçuluq təsərrüfatlarının davamlı inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.