Press "Enter" to skip to content

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

BAYRAQDAR MEDİA – 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.

Xəbərdə deyilir ki, “Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışda 60 ölkədən 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1 min 100-dən artıq qonaq dünya çempionatı ilə bağlı ölkəmizə təşrif buyuracaq. Bu dünya çempionatı iştirakçı idmançıların sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son 8 ilin ən yüksək göstəricisi ilə yadda qalacaq”.

Qeyd edək ki, bir həftə davam edəcək dünya çempionatında gələcəyin ulduzları sərbəst, yunan-Roma və qadın güləşi üzrə qələbə uğrunda mübarizə aparacaqlar. Yarışın yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi üçün AGF tərəfindən bütün zəruri hazırlıq işləri həyata keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.