Press "Enter" to skip to content

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı

BAYRAQDAR MEDİA – Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Azərbaycanda icra olunacaq “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “cari ilin noyabr ayında baş tutacaq təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Dəmir Yollarının əməkdaşları da iştirak edəcəklər. Qeyd edək ki, təlimin planı iştirakçı ölkələrin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub”.

Konfransda təlimin mövzusu, məqsədləri, birgə qərargahın tərkibi, ərazidə icra olunacaq taktiki epizodlar və digər təşkilati məsələlər müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.