Press "Enter" to skip to content

Türk dili kursu uğurla başa çatıb

Kurs iştirkaçılarının xatirə fotosu

BAYRAQDAR MEDİA – Yakın Doğu Universiteti ilə Demokratiya Orta Məktəbinin birgə həyata keçirdiyi miqrant şagirdlər üçün altı aylıq türk dili kursu uğurla yekunlaşıb. Layihə çərçivəsində şagirdlərin türk dili bacarıqlarının artırılması və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi məqsədi daşıyıb.

Universietin məlumatına əsasən, dərslər universitetin Türk Dili Müəllimliyi bölməsinin tələbələri tərəfindən könüllü əsaslarla keçirilib. Kursu uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edənlər layihənin həm təhsil, həm də sosial inteqrasiya baxımından mühüm nəticələr verdiyini bildiriblər.

Layihədə iştirak edən müəllim və tələbələrə təşəkkürnamələr təqdim edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.