Press "Enter" to skip to content

Anadolu Universitetində yeni ixtisas

Anadolu Universiteti

BAYRAQDAR MEDİA – Anadolu Universiteti Kompüter və İnformasiya Elmləri fakültəsində “Veri Elmi və Analitikası” adlı yeni bakalavr proqramı yaradılıb. İngilis dilində tədris olunacaq proqram ilk tələbələrini 2026–2027-ci tədris ilində qəbul edəcək.

Tədris planına süni intellekt, maşın öyrənməsi, dərin öyrənmə, məlumatların emalı və statistik analiz kimi müasir fənlər daxil edilib. Tələbələr Python və R proqramlaşdırma dilləri üzrə praktiki hazırlıq keçəcəklər.

Universitet bildirir ki, proqram gələcəyin məlumat analitikləri və süni intellekt mütəxəssislərinin hazırlanmasına xidmət edəcək.

Mission News Theme by Compete Themes.