Press "Enter" to skip to content

Bu marşrut üzrə qatar reysləri müvəqqəti dayandırılacaq

Qatar

BAYRAQDAR MEDİA – Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən dəmiryol sahəsində infrastruktura dəyən ziyanın aradan qaldırılması istiqamətində bərpa işləri davam etdirilir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı-Balakən marşrutu üzrə qatarlar yalnız Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı istiqamətində qatarların hərəkəti isə Qax stansiyasından təşkil olunacaq.

Dəmiryol xəttinin tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə avqustun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq.

ADY-nin məlumatına əsasən, həmin marşrut üzrə avqustun 1-13-ü tarixləri üçün bilet almış sərnişinlərə ödənilmiş vəsait tam həcmdə geri qaytarılacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.