BAYRAQDAR MEDİA – Manisa Celal Bayar Universitetinin koordinasiyası ilə Avropa Birliyinin dəstəklədiyi Smart Healthcare Engineering (SHEng) Yay Məktəbinin açılışı keçirilib. Türkiyə, Rumıniya və İspaniyadan alim və tələbələri bir araya gətirən proqram səhiyyə texnologiyaları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
İki həftə davam edəcək proqram çərçivəsində iştirakçılar biomühəndislik, süni intellekt və rəqəmsal səhiyyə üzrə təlimlərdə iştirak edəcəklər. Onlar universitet laboratoriyaları və xəstəxanalarına texniki səfərlər də edəcəklər.
Təşkilatçılar layihənin beynəlxalq təcrübə və bilik mübadiləsinə mühüm töhfə verəcəyini bildiriblər.






İlk şərhi yaza bilərsiniz