BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Açıq Təhsil Fakültəsində 2026–2027-ci tədris ilindən etibarən seçmə fənn sistemi tətbiq ediləcək. Yeni model sayəsində tələbələr təhsil planlarını maraq dairələrinə və karyera hədəflərinə uyğun şəkildə formalaşdıra biləcəklər.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, tədris proqramlarının 75 faizi məcburi, 25 faizi isə seçmə fənlərdən ibarət olacaq. Yay məktəbində tələbələr ortaq fənn bazasından da seçim etmək imkanı əldə edəcəklər.
Bildirilib ki, sistem Boloniya Prosesi və Avropa Kredit Transfer Sistemi ilə uyğunluğu daha da gücləndirəcək.






İlk şərhi yaza bilərsiniz