Press "Enter" to skip to content

Rəis müavini Qubada vətəndaşların müraciətlərini dinləyəcək

BAYRAQDAR MEDİA – Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev iyulun 24-ü saat 11:00-dan etibarən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: AZ4000, Quba şəhəri, Yeni körpü, 1) Quba, Xaçmaz, Qusar və Şabran rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə Dövlət Vergi Xidmətinin məlumatında qeyd edilib.

Məlumata görə, görüşə gəlmək istəyən vətəndaşlar iyulun 16-22-si tarixlərində Quba şəhərində yerləşən 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Quba, Xaçmaz, Qusar, Şabran Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya xidmətin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.