Press "Enter" to skip to content

Tufan Erhürman Yaşar Güleri qəbul edib

Qəbul zamanı

BAYRAQDAR MEDİA – KKTC Prezidenti Tufan Erhürman 20 İyul Sülh və Azadlıq Bayramı çərçivəsində KKTC-də səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güleri qəbul edib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Yaşar Güler “Xoşbəxt Sülh Hərəkatı”nın 52-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün KKTC-yə gəlib. Onu nazir müavini Salih Ayhan, Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokel müşayiət edib.

Qəbulda nazir müavini, Baş Qərargah rəisi və qoşun növlərinin komandanları da iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.