Son yeniləmə: 19 İyul 2026
BAYRAQDAR MEDİA – 26-cı Beynəlxalq Mağusa Mədəniyyət və İncəsənət Festivalı türkiyəli pop müğənnisi Sertab Erenerin Salamis Antik Teatrında verdiyi konsertlə yekunlaşıb. Festivalın bağlanış mərasimində Türkiyənin müxtəlif bələdiyyələrinin nümayəndələri də iştirak ediblər.
Bu barədə kibrisgazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, Qazimağusa Bələdiyyəsinin sədri Süleyman Uluçay səhnəyə çıxaraq sənətçiyə gül dəstəsi təqdim edib və festivalın uğurla başa çatmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.
O, həmçinin gecəyə böyük maraq göstərən tamaşaçılara, texniki heyətə və sponsorlara minnətdarlığını ifadə edib. Festivalın kommunikasiya sponsoru Vodafone, yerləşdirmə sponsoru isə Arkın Group olub.






İlk şərhi yaza bilərsiniz