Son yeniləmə: 19 İyul 2026
BAYRAQDAR MEDİA – Antalyanın Kəmər rayonunun Çıralı çimərliyində Caretta caretta dəniz tısbağalarının yuvalarının sayı 108-ə çatıb. 2026-cı ilin ilk yuvasından çıxan balalar artıq dənizlə qovuşmağa başlayıblar.
Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, Antalya Valiliyinin həyata keçirdiyi “Antalya Mavi Aralıq dənizi Təşəbbüsü” çərçivəsində Çıralı çimərliyində caretta caretta balalarının təhlükəsiz şəkildə dənizə çatmasını təmin etmək məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbir çərçivəsində yumurtadan çıxmasına baxmayaraq təbii şəraitdə dənizə çatmaqda çətinlik çəkən caretta caretta balalarının mütəxəssislər və könüllülərin nəzarəti altında təhlükəsiz şəkildə dənizə qovuşmasına köməklik göstərilib. İştirakçılar yuvalama ərazilərində aparılan mühafizə və monitorinq işləri barədə də məlumatlandırılıblar.
Antalya valisi Hulusi Şahin bildirib ki, Çıralıda artıq 26 ildir könüllülük prinsipi ilə davam etdirilən caretta caretta tısbağalarının mühafizəsi fəaliyyəti nümunəvi ekoloji hərəkatdır. Onun sözlərinə görə, “Antalya Mavi Aralıq dənizi Təşəbbüsü” dənizlərin qorunması, dəniz çirklənməsi ilə mübarizə və ekoloji şüurun gücləndirilməsi məqsədilə həyata keçirilir. Vali vurğulayıb ki, Aralıq dənizinə sahili olan bütün ölkələr bu istiqamətdə birgə səylərini artırmalıdır.






İlk şərhi yaza bilərsiniz