BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin benefisiarları və Agentliyin Lənkəran-Astara regional filialı tərəfindən evdə (səyyar) sosial xidmət göstərilən ahıl şəxslər üçün master-klass təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Azərbaycanda xalq sənəti növlərindən biri olan həsirçilik istiqaməti üzrə təşkil edilən master-klass zamanı iştirakçılar bu qədimi sənətin tarixi, istifadə olunan materiallar və sadə toxuma üsulları ilə tanış olublar. Tədbir çərçivəsində uşaqlar həmçinin sitrus bağı ilə tanış olmaq, meyvələrin yetişdirilməsi və onlara qulluq barədə məlumat əldə etmək imkanı qazanıblar”.
Qeyd edək ki, tədbirin məqsədi ahıllar və uşaqlar arasında mədəni körpü yaratmaq, həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək göstərmək olub.






İlk şərhi yaza bilərsiniz