BAYRAQDAR MEDİA – Güzəlyurtda yaşayan Aynur Gazcıoğlu Kıbrıs Barış Hərəkatı zamanı Mehmetciyin istifadə etdiyi Türk bayrağını artıq 36 ildir böyük qayğı ilə saxlayır. Bayraq ona həmin hadisələrin şahidi olmuş kiprli türk qonşusu tərəfindən əmanət edilib.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumata görə, Gazcıoğlu bildirib ki, “Şanlı Türk bayrağı mənə Mehmetciyin əmanətidir. Mən də onu nəvəmdə miras qoyacağam.”
O əlavə edib ki, müharibənin izlərini daşıyan bayrağı gələcək nəsillərə çatdırmaq onun ən böyük arzusudur.






İlk şərhi yaza bilərsiniz