Press "Enter" to skip to content

Daha bir jurnalist təşkilatı yaradılır

Toplantı zamanı

BAYRAQDAR MEDİA – Türkiyə İnternet Jurnalistikası Dərnəyi (TİGAD) jurnalist peşəsinin daha güclü və institusional əsaslarla inkişafı məqsədilə xüsusi qanunla yaradılması nəzərdə tutulan “Türkiyə Jurnalistlər Birliyi” üçün hazırlıq işlərinə başladığını açıqlayıb.

Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.

Məlumata görə, TİGAD sədri Okan Geçgel bildirib ki, yeni birlik yerli, milli və rəqəmsal media nümayəndələrini eyni çətir altında birləşdirəcək. Onun sözlərinə görə, qurum jurnalistlərin hüquqlarının müdafiəsi, peşə standartlarının yüksəldilməsi, etik prinsiplərin qorunması və peşədaxili təlimlərin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Geçgel vurğulayıb ki, bu birlik mövcud jurnalist təşkilatlarına alternativ deyil, onları bir araya gətirən ümumi peşə platforması olacaq. O, bütün media qurumlarını və jurnalist təşkilatlarını bu təşəbbüsə dəstək verməyə çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.