BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universiteti (DAÜ) “Türk Dünyası Akademiyası – Özbəkistan Mədəniyyət Səyahəti” proqramında təmsil olunub. Təhsil proqramını uğurla başa vuran 50 iştirakçı Daşkənd, Xivə, Buxara və Səmərqənddə müxtəlif mədəni və akademik görüşlərdə iştirak edib.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, DAÜ-nü proqramda Biznes və İqtisadiyyat fakültəsinin əməkdaşı Ali Doğdu təmsil edib.
Səfər çərçivəsində iştirakçılara türk dünyasının ortaq tarixi və mədəni irsi barədə geniş məlumat verilib.






İlk şərhi yaza bilərsiniz