BAYRAQDAR MEDİA – Artvin İl Jandarma Komandanlığı 18-ci Bülbülan Yayla Festivalı çərçivəsində vətəndaşlarla görüşərək KADES tətbiqini tanıdıb. Festival ərazisində qurulan stenddə qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda məlumat verilib və “Qadına əl qaldırılmaz” mesajı ön plana çəkilib.
Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, iştirakçılara maarifləndirici bukletlər paylanılıb, KADES tətbiqinin istifadəsi izah olunub və sualları cavablandırılıb.
Jandarma bu cür maarifləndirici tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.






İlk şərhi yaza bilərsiniz