BAYRAQDAR MEDİA– Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsinin “Sənət şəhəri Denizli” şüarı ilə həyata keçirdiyi açıq hava kinoteatrı günləri sakinlərə nostalji yay axşamları yaşadır.
Bu barədə Denizli Bələdiyyəsinin məlumatnda qeyd edilib.
Məlumatda deyilir ki, sentyabr ayınadək davam edəcək proqram çərçivəsində dram, komediya, Yeşilçam klassikləri və müasir türk filmləri nümayiş olunur. Ziya Tıkıroğlu Açıq Hava Teatrında keçirilən nümayişlər zamanı tamaşaçılara pulsuz popkorn və qazlı içki təqdim edilir.
Bütün seanslar 7 yaşdan yuxarı izləyicilər üçün ödənişsizdir. Maraq yüksək olduğundan biletlər bələdiyyənin elektron bilet sistemi vasitəsilə əvvəlcədən əldə edilir.






İlk şərhi yaza bilərsiniz