Press "Enter" to skip to content

Arpaçayda ildırım 26 qoyunu tələf edib

BAYRAQDAR MEDİA – Türkiyənin Qars vilayətinin Arpaçay rayonuna bağlı Kümbet yaylağında ildırım düşməsi nəticəsində 26 qoyun tələf olub.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Bildirilib ki, hadisə bölgədə yağan güclü yağış zamanı baş verib. Otlaq sahəsinə düşən ildırım sürüdəki 26 qoyunun ölümünə səbəb olub.

Hadisə heyvan sahibinə ciddi maddi ziyan vurub.

Mission News Theme by Compete Themes.