BAYRAQDAR MEDİA – Azərbaycanın Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) həyata keçirdiyi layihələr beynəlxalq yüklü avtomobil daşımalarının həcminin əhəmiyyətli dərəcədə artmasına imkan yaradıb.
Bunu 2026-cı ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan tədbirdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov dedi.
Bildirildi ki, 2025-ci ilin yanvar–iyun ayları ilə müqayisədə 2026-cı ilin ilk altı ayında beynəlxalq yük daşımalarının həcmində 34 faiz artım qeydə alınıb.
Qeyd olundu ki, əldə edilən nəticələr son illər həyata keçirilən islahatların, xüsusilə də rəqəmsallaşma istiqamətində görülən işlərin səmərəli nəticəsidir.
Mətbuat konfransında bildirildi ki, ikitərəfli yükdaşımalarında elektron icazə blanklarının tətbiqi genişləndirilir. Hazırda Türkiyə, Ukrayna, Qırğızıstan və Qazaxıstanla bu sistem istifadəyə verilib. Yaxın perspektivdə Rusiya və Gürcüstanın da elektron icazə sisteminə qoşulması nəzərdə tutulur.
Bununla yanaşı, Türkmənistan, eləcə də digər tərəfdaş ölkələrin aidiyyəti qurumları və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) ilə rəqəmsallaşma və beynəlxalq daşımaların asanlaşdırılması istiqamətində birgə layihələrin icrası davam etdirilir.
ABADA rəhbəri vurğuladı ki, görülən bütün tədbirlər Prezident İlham Əliyevin “Qeyri-neft-qaz məhsullarının ixracının təşviqi və daşıma xərclərinin dəstəklənməsi barədə” Fərmanına uyğun olaraq həyata keçirilir.






İlk şərhi yaza bilərsiniz