BAYRAQDAR MEDİA – İTV televiziya, radio və rəqəmsal platformalarında Dünya Çempionatını Azərbaycan tamaşaçılarına təqdim etdi.
Xəbər BAYRAQDAR MEDİA-ya İTV-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “FIFA Dünya Çempionatı milyonlarla insanı eyni emosiyalar ətrafında birləşdirən ən böyük idman hadisəsidir. Bu yay Azərbaycan tamaşaçıları həmin emosiyaları istədikləri platformada, istədikləri vaxt yaşamaq imkanı əldə etdilər. İctimai TV dünya çempionatını yalnız televiziya yayımı kimi deyil, televiziya, radio, internet və sosial medianı birləşdirən vahid media ekosistemi kimi təqdim etdi. Məqsəd sadə idi: heç bir azarkeş mundialdan kənarda qalmasın”.
Bildirilib ki, “bütün oyunlar tamaşaçı üçün əlçatan oldu. Dünya çempionatı çərçivəsində keçirilən 𝟭𝟬𝟰 oyunun hamısı Azərbaycan auditoriyası üçün əlçatan idi. Onlardan 𝟵𝟮-si İctimai TV-nin efirində və İTV.AZ platformasında canlı yayımlandı. Qrup mərhələsinin 3-cü turunda eyni saatda keçirilən 𝟭𝟮 qarşılaşma isə CBC Sport vasitəsilə nümayiş etdirildi. Bunun nəticəsində futbolsevərlər mundialın bütün oyunlarını izləmək imkanı qazandılar. Şimali Amerika ilə saat fərqi nəzərə alınaraq gecə keçirilən oyunların gündüz təkrarları da təşkil olundu.
Mundial yalnız televiziya ekranlarında yaşanmadı. Turnir eyni zamanda İctimai Radio 90 FM-də canlı yayımlandı, itv.az platformasında təqdim olundu, rəsmi YouTube kanalında seçilmiş oyunlar canlı yayımlandı, Facebook və digər rəqəmsal platformalarda operativ məzmunla müşayiət edildi. Beləliklə, tamaşaçılar futbolu evdə, avtomobildə, işdə və mobil cihazlarda izləyə bildilər.
Ümumilikdə, 𝟭𝟬𝟰 oyun Azərbaycan tamaşaçıları üçün əlçatan oldu, 𝟵𝟮 oyun canlı yayımlandı, 𝟵𝟬 radio reportajı təqdim edildi, 𝟳𝟬 ‘Bol futbol’ buraxılışı efirə çıxdı, 𝟭𝟬𝟰 oyun üzrə ayrıca video icmal hazırlandı. Final oyununun YouTube yayımı isə 𝟮 milyona yaxın baxış topladı”.
Qeyd edilib ki, “ilk dəfə olaraq Azərbaycan televiziya məkanında dünya çempionatı oyunlarının təhlili zamanı VİZ LİBERO 𝟯D idman proqramından istifadə edildi. Bu texnologiya tamaşaçılara oyunun taktiki elementlərini daha aydın və vizual şəkildə izləməyə imkan verdi. Milyonlarla tamaşaçının izlədiyi hər yayımın arxasında isə gecə-gündüz çalışan böyük bir kollektiv dayanırdı. Aparıcılar, redaktorlar, rejissorlar, operatorlar, şərhçilər, texniki mütəxəssislər, rəqəmsal media komandası və radio kollektivi ABŞ, Kanada və Meksika ilə saat fərqinə uyğun xüsusi iş rejimində fəaliyyət göstərərək mundialın fasiləsiz işıqlandırılmasını təmin etdilər”.
Sonda isə, İTV FIFA Dünya Çempionatının yayımı zamanı göstərilən əməkdaşlığa görə tərəfdaş qurumlara, CBC Sport kollektivinə, sponsorlara və bütün tamaşaçılara təşəkkürünü bildirərək, 2030-cu ildə keçiriləcək FİFA Dünya Çempionatını da canlı yayımlayacaqlarını qeyd edib.






İlk şərhi yaza bilərsiniz